Ölkə futbolu

“Azərbaycan futbolu üçün yeni oyunçular yetişdiririk”

Topaz Premyer Liqasının XX turunda “Qarabağ”ın qonağı olan “Bakı” 1-4 hesabı ilə məğlub oldu.

İdmanxeber.com-un məlumatına görə, “Bakı”nın baş məşqçisi İbrahim Uzunca matçdan sonra bunları deyib:

“Qarabağ”a qarşı keçirilən oyunda əlimizdən gələni etdik. Qollar çox erkən vuruldu. Təşvişə düşüb iki qol buraxdıq. Çox təcrübəli komandaya qarşı oynayırdıq. “Qarabağı” təbrik edirəm. Əlbəttə, qələbə qazanmaq istəyirdik. Heyətimiz çox gəncdir. Azərbaycan futbolu üçün yeni oyunçular yetişdiririk”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43