Premyer Liqa

“Qarabağ” darmadağına sevindi, “İnter” Lənkərandan 3 xalla gəlir- YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasının XX turuna yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, son oyun günündə iki matç baş tutacaq.

Tofiq Bəhrəmov adına Respublika stadionunda "Qarabağ" 2015-ci ilin ilk rəsmi oyununa çıxacaq. Ağdam klubu öz meydanında autsayder "Bakı"nı qonaq edəcək. 

Turun qapanış matçı Lənkəranda keçiriləcək. "Fırtınalar meydanı"nda "Xəzər Lənkəran" Sxadadzenin rəhbərlik etdiyi "İnter"i sınağa çəkəcək.

7 fevral (şənbə)

Azərbaycan Premyer Liqası, 20-ci tur

17:00. “Xəzər Lənkəran” – “İnter” 1:2

Qollar: Məhəmməd Mirzəbəyov, 18 (0:1), Matiya Şpiçiç, 58 (0:2), Fuad Bayramov, 82-avtoqol (1:2)
“Xəzər Lənkəran” mərkəzi stadionu.

16:00. “Qarabağ” – “Bakı” 4:1
Qollar: Maksim Medvedev, 3 (1:0), Azad Kərimov, 7-avtoqol (2:0), Nurlan Novruzov, 22-pen (2:1) Riçard Almeyda, 26-pen, 84 (4:1)

Tofiq Bəhramov adına Respublika stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43