Kateqoriyasız

Qurban Qurbanov: “Hakimlər gözləmirdilər ki, belə oyun olacaq”

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Zalsburq”u 2:1 hesabı ilə məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis oyun haqda bu fikirləri söyləyib:

“İlk hissədən fərqli olaraq ikinci yarıda oyunu tuta bilmədik. Belə bir komanda ilə oyunda belə bir qələbə futbolçularımıza təcrübə verir. Azərkeşlərimizi qeyd etmək istəyirəm. Həqiqətən möhtəşəm idilər. Hətta oyun bitmişdi onlar stadionu tərk etmədilər”.

Qurbanov hakimlərin səhvlərinə də toxunub: “Hakimlər gözləmirdilər ki, belə oyun olacaq. Onlar “Zalsburq”un rahat  qələbə qazanacağını gözləyirdilər. Ona görə çaş-baş qalmışdılar və qərarları nə gəldi verirdilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43