Kateqoriyasız

Rövnəq Abdullayev: “Onun kimi təcrübəli futbolçuya bu yaraşmadı”

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu çerçivəsində “Qarabağ”ın “Zalburq”u 2:1 hesabı ilə məğlub etdiyi oyunu AFFA prezidenti Rövnəq Abdullayev stadiondan canlı izləyib.

İdmanxeber.com-un məlumatına görə, matç bitdikdən sonra Abdullayev oyun haqda fikirlərini söyləyib: 

 “Qarabağ”ın mərhələ keçmək şansı var. İnanıram ki, “Qarabağ” burada göstərdiyi oyunu səfərdə də nümayiş etdirsə, mərhələ adlayacaq. İmkan olsa, cavab matçını da izləməyə gedəcəm. “İnter”in Avroliqanın “Elfsborq”la cavab matçında (0:1) olduğu kimi, “Qarabağ” – Zalsburq” oyununda da hakim vərəqələrdən çox istifadə etdi. Məhz hakim səhvi ucbatından “İnter” mərhələ adlaya bilmədi. Admir Telinin qırmızı vərəqə almasına gəlincə, onun kimi təcrübəli futbolçuya bu yaraşmadı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43