Kateqoriyasız

Qurban Qurbanov: ““Keçən il çox istədik ki…”

UEFA Çempionlar Liqasında mübarizə aparan Ağdam klubu sabah II təsnifat mərhələsində Monteneqro çempionu “Rudar”ı qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, oyunöncəsi mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bunları  deyib:

“Keçən il çox istədik ki, daha uğurlu nəticə əldə edək. Alınmasa da, fikrimcə, uğurlu mövsüm keçdi. Həmin nəticədən sonra bu mövsüm məndən daha böyük uğur tələb olunacaq. Çalışacağıq maksimum dərəcədə uğurlu çıxış edək. Fasilədə çalışdıq komandanı normal səviyyəyə gətirək. Tam istədiyimiz kimi olmadı. Amma pis də deyil. “Rudar” gözləmədiyimiz rəqibdi. Rəqibi yaxından tanıya bilmədik. Çünki 5 yeni oyunçuları da var. Komandanın oyun üslubunu bəyəndim. Topla oynamağı xoşlayırlar. Bu cür komandaların futbolçuları xarakter nümayiş etdirirlər. Biz nə qədər təhlil etsək də, onları yalnız ilk oyunda daha yaxından tanıyacağıq. Monteneqro çempionuna qarşı çıxış edəcəyik. Çalışacağıq sabah az səhv edək, lazımi anlarda lazımi dəyişiklikləri edək”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43