Kateqoriyasız

Qurban Qurbanov: “Komandamızda hücumçunun sayının çox olmasını istərdik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın XX turunda “Xəzər Lənkəran”a qarşı keçirəcəkləri oyun haqda danışıb.

İdmanxeber.com-un n supersport.az-a istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis bunları deyib:

“AZAL-a məğlub olsaq da, futbolçulardan razı qaldım. Komanda tam hazır deyil. “Xəzər Lənkəran”la oyunda qələbə qazanmağa çalışacağıq. Çempionatda zəif komanda yoxdur. Qarşıdakı iki dövrə daha çətin keçəcək”.

“Qarabağ”ın baş məşqçisi hücum xəttini gücləndirməyin vacibliyini vurğulayıb:

“Dünya futbolunda hücum xəttinin gücləndirilməsinə daim ehtiyac var. Bilirsiniz ki, hər iki hücumçumuz zədəlidir. Komandamızda forvardların sayının çox olmasını istərdik. Hazırda da axtarışdayıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43