İdman

Qurban Qurbanov püşkü dəyərləndirdi: “Azarkeşlər və bizim üçün bu turnir bir təcrübə olacaq”

“Hər üç rəqibimiz “TOP-5″ ölkələrinin təmsilçisidi”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ölkəmizi ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində təmsil edəcək Ağdam klubunun qrupdakı rəqibləri müəyyənləşib. Azərbaycan çempionu “Çelsi”, “Atletiko” və “Roma” ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Klubun rəsmi saytına açıqlama verən Qurbanov püşkü dəyərləndirib: “Azarkeşlər və bizim üçün bu turnir bir təcrübə olacaq. Hər üç komanda ilə bizi maraqlı qarşılaşmalar gözləyir. Rəqiblərimiz ən güclü çempionatların təmsilçiləridi. Bu turnirdə təcrübə qazanıb, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43