Kateqoriyasız

Qurban Qurbanov “Qarabağ”da 600-cü oyununu keçirdi

Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 600-cü oyununu keçirib.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, yubiley matçı Premyer Liqanın 24-cü turuna təsadüf edib. “Qəbələ” ilə səfərdəki qarşılaşmada Ağdam klubu Qurbanovun baş məşqçiliyi dövründəki yubiley oyununda 2:0 hesabı ilə qalib gəlib.

50 yaşlı mütəxəssisin bu vəzifəyə təyin olunduğu 2008-ci ilin yayından indiyədək bütün turnirlərdə baş tutan ümumilikdə 600 matçda “Qarabağ” 337 qələbə qazanıb. Qurbanovun yetirmələri 153 dəfə heç-heçəyə imza atıb. Onun komandası 110 dəfə məğlubiyyətlə üzləşib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43