Ölkə futbolu

Qurban Qurbanov: “Viktoriya”nı ötən ilki rəqiblərimizlə müqayisə etməzdim”

“Qarabağ” sabah Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində son Çexiya çempionu “Viktoriya Plzen”in qonağı olacaq.

İdmanxeber.com-un məlumatına görə, komandanın baş məşqçisi Qurban Qurbanov klub saytına oyun haqda öz fikirlərini bildirib:

“Viktoriya Plzen” tarixi olan klubdur və son illərdə qazandığı uğurlar da göz qabağındadır. Rəqibimiz güclüdür, yaxşı futbolçulara malik komandadır, istənilən halda bu cütlüyün favoriti sayılır. Ardıcıl üçüncü ildir ki, bu mərhələdə mübarizə aparırıq. “Viktoriya Plzen”i ötən il Avroliqanın qrup mərhələsində qarşılaşdığımız “Monako”, “Anderlext” və ya “Tottenhem”lə müqayisə etməzdim, rəqibimiz özünəməxsusluğu ilə seçilir. 2014-cü ildə “Viktoriya Plzen”lə oynadığımız yoxlama oyunundan cəmi 4 futbolçu hazırda komandada çıxış edir. Bizi sabah çətin oyun gözləyir. Komandada baş məşqçi dəyişikliyi olması rəqibin gücünü azaltmır, ötən il də bir neçə tur qalmış çempion olmuşdular. Yeni baş məşqçi ilə belə turnirdə ilk matçlarına çıxacaq, bu baxımdan rəqibin necə oynayacağı gözlənilməzdir. Bu oyuna yaxşı hazırlaşmışıq. İnşallah, bizə xeyirli və uğurlu olan nəticəni qazanmağa çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43