Kateqoriyasız

Qurbanov məğlubiyyəti şərh etdi, Şahruddinin səhvindən danışdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Fransada “Nant”a 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan sonra “CBC Sport”a açıqlamasında məğlubiyyəti şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun çalışdirıcısı bunları deyib:

“Futbolun gözəlliyi də bundadır. Futbolçularım üzgündür. Hər birinə yaxınlaşdım, hamısını göstərdikləri oyuna görə təbrik etdim. Heç-heçəni əldən verdiyimiz üçün məyusuq. Amma irəliyə baxmalı, böyüməliyik. Bu komanda mənə ümid verir. Qarşıdakı illərdə daha yaxşı olacağıq.

Hər şeyi gözəl anlayırıq. Bu gün yenə 2-ci yerdəyik. Son turda diqqətimizi Yunanıstandakı matça yönəltməyəcəyik, “Frayburq”la oyunumuza köklənəcəyik. Düzdür, mobil komandaya qarşı oynayacağıq. Bu görüşün bizim üçün böyük faydası olacaq. Məğlubiyyət barədə düşünmürük. Amma uduzsaq belə, yaxşı təcrübə olacaq”.

Təcrübəli mütəxəssis qapıçı Şahruddin Məhəmmədəliyevin buraxılan ilk qoldakı səhvinə də münasibət bildirib: “Texniki, dünya futbolunda olan normal səhvdir. Biz bu cür böyüməliyik. Futbol pas oyunudur və bu, qapıçıdan başlayır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43