İdman

Qurbanovdan Mədətova QADAĞA!

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın hücumçusu Mahir Mədətova mətbuata danışmaq qadağası qoyub. 

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ” ilə oyundan sonra Mədətov media mənsublarının suallarını cavabsız qoyub. O, buna səbəb kimi Qurbanovun futbolçulara mediaya danışmaq qadağası qoyduğunu göstərib. Halbuki, Ağdam klubunun digər üzvləri jurnalistlərin suallarını cavablandırırlar. Görünən budur ki, Qurbanov sırf Mədətova mətbuata danışmaq qadağası qoyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43