Dünya futbolu

Qvardiola “Mançester Siti”dən ayrılacaq? – özü açıqladı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klubdakı gələcəyi ilə bağlı danışıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis nəticələrdən asılı olmayaraq komandada qalmaq istədiyini bildirib. O, “şəhərlilər”də hər şeyin qaydasında olduğunu vurğulayıb:

“Mançester Siti”dən ayrılmaq niyyətim yoxdur. Çempionlar Liqasını qazanıb-qazanmayacağımız fikrimi dəyişdirməyəcək. Komandadan ayrılmaq istəmirəm. Klubla müaviləm var və buna hörmətlə yanaşıram. Narahhat olmayın, mən buradayam”.

Xatıladaq ki, Çempionlar Liqasının finalına vəsiqə qazanan “Mançester Siti” cari mövsümü Premyer Liqa çempionluğunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43