Ölkə futbolu

“Rəqib bizi cırnatdı, mən də 8:0 olan hesabı xatırlatdım” – Ağadadaş Salyanski

“Böyüdüləsi bir şey yoxdur. Sadəcə, rəqib komanda qalib gəldiyi üçün bizi cırnatdı, mən də onlara 8:0 qazandığımız oyunu xatırladaraq, əlimlə jets etdim”.

Bu sözləri İdmanxeber.az saytına “Neftçi 2″nin hücumçusu Ağadadaş Salyanski AFFA İntizam Komitəsinin “Sumqayıt 2” ilə görüşdə qeyri-etik jest etdiyi üçün ona verilən 4 oyunluq cəza barədə danışarkən deyib. Gənc futbolçu daha sonra belə davam edib:

“Kənardan bizi cırnadırdılar. Mən də “8 dənə vuranda belə demirdiniz” deyib, qeyri-etik jest etdim. Belə konkret olaraq heç kimi vurmamışam, kimisə təhqir etməmişəm. O jesti də ünvanlı olaraq kiməsə qarşı etmədim. Sadəcə, ümumi bir təpki göstərdim”.

Həsən Quluzadə 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43