Kateqoriyasız

Rəşad Sadıqovdan kapitana xəbərdarlıq

Hazırda davam edən “Zirə” – “Qarabağ” matçında insident yaşanıb.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun azarkeşləri “qartallar”ın kapitanı Qismət Alıyevə təhqiramiz ifadələr işlədiblər. Futbolçu da buna qarşılıq olaraq tərəfdarlara əl-qol hərkəti ilə cavab verib.

Bundan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov kapitanına xəbərdarlıq edərək “Qismət, oyununu oyna” – deyə, bildirib.

Qeyd edək ki, ikinci hissəsi gedən görüşdə “Qarabağ” rəqibini 7:1 hesabı ilə məğlub edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43