Dünyadan

RƏSMİ: “Atletiko”nun 2 ulduz futbolçusu Çində

Madridin “Atletiko” klubu iki futbolçusu ilə yollarını ayırdığını rəsmən açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Yannik Karrasko və Nikolas Qaytan İspaniya təmsilçisindən ayrılaraq Çinin “Dalyan İfan” kollektivi ilə müqavilə imzalayıb.

Madridlilər hər iki futbolçusunu Çin təmsilçisinə satdığını rəsmi saytı vasitəsi ilə açıqlayıb.

Qeyd edək ki, 30 yaşlı Qaytan “Atletiko”ya 2016-cı ildə keçib. 24 yaşlı Karrasko isə 2015-ci ildə Madrid klubuna transfer olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43