19 Sentyabr 2024
Dünya futbolu

Radu Draquşin “Tottenhem”ə keçməyə yaxındır

“Tottenhem” Radu Draquşin transferini bitirməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, London klubu ruminiyalı müdafiəçi üçün “Cenoa”ya bonuslarla birlikdə 30 milyon avro ödəcək. Onlar həmçinin İtaliya klubuna Ced Spensi icarəyə verəcək.

21 yaşlı müdafiəçiylə 2029-cu ilin yayına müqavilə imzalanacaq. Draquşin bu mövsüm “Cenoa”nın heyətində 22 oyuna çıxıb və 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43