Ölkə futbolu

Rahid Əmirquliyev: “Mövsümün ən vacib oyununa çıxacağıq”

Bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab matçında “Qarabağ” “Qöteborq”u qəbul edəcək.

Ağdam klubunun futbolçusu Rahid Əmirquliyev oyunla bağlı İdmanxeber.com saytına açıqlamasında bunları deyib:


“Mövsümün ən vacib
oyununa çıxacağıq. Birinci oyunda 1-0 uduzduğumuz üçün vəziyyət bir qədər çətinləşib,
ancaq biz rəqibi yaxşı təhlil eləmişik və oyuna tam hazırıq, Azarkeşlərimizin
qarşısında lazım olan nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Qarabağ” – “Qöteborq” matçı bu gün saat 20:30-da başlayacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43