19 Sentyabr 2024
Ölkə futbolu

“Ramil Şeydayev Super Liqa səviyyəsində futbolçudur”

“Hər liganın öz keyfiyyəti, səviyyəsi var. Aparıcı çempionatlarda oynamaq üçün futbolçularımızın səviyyəsi yüksək olmalıdır. Keyfiyyət məsələsinin də bir çox amili var”.

Bu sözləri İdmanxeber.az saytına “Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədov azərbaycanlı futbolçuların Türkiyə I Liqasına üz tutmasına münasibət bildirərkən deyib. O, daha sonra belə davam edib:

“Ramil Şeydayevin Super Liqaya yox, I Liqaya getməsində bir neçə səbəb var. Millimizin futbolçusu kifayət qədər keyfiyyətli oyunçudur. O, Super Liqada oynayacaq səviyyədədir. Məsələn, Renat Dadaşov “Hatayspor”da çıxış edir. Bildiyim qədəri ilə məşqçilər heyəti Dadaşovun performansından razıdır. Deməli, Şeydayev də Türkiyə Super Liqası klublarının bəzilərində forma geyinə bilər.

Mahir Emreli həmçinin çox istedadlı futbolçudur. O, tək başına görüşün taleyini həll edə biləcək səviyyədə biridir. Zaqrebdə az oynamasının bir çox səbəb ola bilər. Amma daha ciddi yanaşsa, “Dinamo”dan da üstün klublarda forma geyinə bilər”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43