08 Sentyabr 2024
Ölkə futbolu

“Ramil Şeydayevin transferi əskiklərimizi həll edəcək”

“Kocaelispor”un baş məşqçisi Ertuğrul Sağlam Ramil Şeydayev transferi barədə açıqlama verib.

İdmanxeber.az xəbər verir ki, Tailandın “Buriram Yunayted” klubundan ayrılan millimizin hücumçusu dünən “Kocaelispor”la 1,5 illik müqavilə imzalayıb. Təcrübəli mütəxəssis bu keçidi belə şərh edib:

“Ramil Şeydayevin digər yeni oyunçularımızla birgə əskiklərimizi böyük ölçüdə həll edəcəyini düşünürəm. Amma bəzi alternativ çözümləri ortaya qoyacağıq. Həftə sonu həmin futbolçulardan hansı uyğun olsa, onun oynaması ilə bağlı qərar verəcəyik”.

 “Kocaelispor” şənbə günü Arda Turanın baş məşqçisi olduğu lider “Eyupspor”u qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43