Dünya futbolu

Ramil Şeydayevin yeni baş məşqçisi bəlli oldu

Millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Türkiyənin “Kocaelispor” komandasının yeni baş məşqçisi məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik  Mustafa Gürsəllə 1,5 illik müqavilə imzalanıb. Mütəxəssis bu postda ötən gün istefa verən Ərtuğrul Sağlamı əvəz edib.

“Kocaelispor” hazırda Türkiyə 1-ci Liqasında 23 turdan sonra topladığı 43 xalla 3-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43