Ölkə futbolu

Ramin Musayev: “…PFL işinin öhdəsindən gələ bilmir”

Bu gün Premyer Liqada avqust ayının ən yaxşı oyunçusu və ən gözəl qolun müəllifinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə PFL-in prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb.

“Bəzi klublar yayımdan imtina edir. Canlı yayım təşkil edirik, deyirlər istəmirik, etməyəndə də deyirlər ki, canlı yayım istəyirik. “Bütün günahları PFL-də görürlər. Normal tənqidləri qəbul edirik. Elə olub ki, bizə təklif edilən ideyanı qəbul edib, reallaşdırmışıq. Hər birimizin məqsədi Azərbaycan futbolunun inkişafıdır. İstəyirik ki, haqsızlıq olmasın. Qoy, bu günə qədər bir nəfər desin ki, PFL işinin öhdəsindən gələ bilmir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43