İdman

Ranyerinin komandası millinin üzvünü transfer etdi

Fransanın “Nant” klubu heyətinə yeni qapıçı cəlb edib.

İdmanxeber.com-un məlumatına görə, 1 təmsilçisi İtaliyanın “Fiorentina” klubundan Çiprian Teteruşanunu transfer edib. Rumıniyalı qolkiper yeni klubu ilə 2 illik müqaviləyə imza atıb. O, Fransa təmsilçisində 30 nömrəli formanı geyinəcək. Bu tranfer üçün “Nant” 2,5 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Teteruşanu Buxarest “Yuventus”unun yetirməsidi. Təcrübəli qolkiper “Fiorentina”da 2014-cü ildən çıxış edirdi.

Xatırladaq ki, “Nant”ı italiyalı mütəxəssis Klaudio Ranyeri çalışdırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43