“Bu bizim üçün vacib oyundu. “Neftçi” ilə bizi maraqlı oyun gözləyir”.
Bu sözləri idmanxeber.com saytına açıqlamasında “Xəzər Lənkəran”ıln futbolçusu Rasim Ramaldanov deyib.
Cənub klubunun müdafiəçisi Superkubokda bugün “Neftçi” ilə keçirəcəkləri oyun haqda danışarkən daha sonra bunları deyib:
“Təbii ki, burdan kubokla qayıətmaq istəyirik. Sona kimi mübarizə aparıb, qalib gəlməyə çalışacağıq. Superkuboku Lənkərana aparmaq istəyirik. Azarkeşlərimiz buna layiqdi”.