Kateqoriyasız

Rauf Əliyevdən “Xəzər Lənkəran”lı azarkeşlərə jest

2:0 hesabı ilə başa çatan "Neftçi" – "Xəzər Lənkəran" matçının  final fitindən sonra "ağ- qaralar"ın futbolçuları azarkeşlərinə minnətdarlıq üçün tribunaya tərəf gələrək onları alqışlayıblar.

İdmanxeber.com-un məlumatına görə, bu zaman sabiq "Xəzər Lənkəran"lı futbolçu Rauf Əliyev komanda yoldaşlarına qoşulmayıb. Futbolçu matçın final fitindən dərhal sonra geyinib- soyunma otağına yollanıb.

Əliyev buna səbəb kimi isə "Xəzər Lənkəran"lı azarkeşlərə hörmətsizlik etmək istəmədiyini bildirib.

Qeyd edək ki, Rauf Əliyev qış transfer pəncərəsi dönəmində "Xəzər Lənkəran"dan "Neftçi"yə transfer olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43