Ölkə futbolu

Arif Əsədov: “Nəhayət, qələbə qazanıb, qara zolaqdan çıxdıq”

Topaz Premyer Liqasının XXI turu “Neftçi” üçün uğurlu alındı. Paytaxt komandası “Xəzər Lənkəran”ı 2-0 hesabı ilə məğlub edib, turnir cədvəlində 3-cü pilləyə yüksəldi.  

İdmanxeber.com-un məlumatına görə, “Neftçi”nin baş məşqçisi Arif Əsədov qələbələrini belə şərh edib:

 “Üçüncü dövrəyə pis başlamışdıq. Bugünkü oyunda bizə mütləq qələbə lazım idi. Birinci hissədə çox qol epizodumuz var idi, istifadə edə bilmədik. İkinci hissədə dəyişikliklər edib, öz istəyimizə çatdıq. İkinci qoldan sonra daha rahat oynadıq. Nəhayət, qələbə qazanıb, qara zolaqdan çıxdıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43