Kateqoriyasız

“Xəzər Lənkəran”ın baş məşqçisi: “Təcrübəsizlikdən yox, diqqətsizlikdən məğlub olduq”

Topaz Premyer Liqasının XXI turunda “Neftçi”nin qonağı olan “Xəzər Lənkəran” 0-2 hesabı ilə məğlub oldu.

İdmanxeber.com-un məlumatına görə, “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov bu fikirləri səsləndirib:

“Böyük oyun” maraqlı alındı. Təcrübəsizlikdən yox, diqqətsizlikdən məğlub olduq. Rəqib haqqında heçnə demək istəməzdim. Sadəcə, onları təbrik edirəm. Biz isə növbəti oyunlara ciddi hazırlaşmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43