08 Sentyabr 2024
Kateqoriyasız

Raul Kostin “Simurq” fanatlarına ümid verdi: “Ötən mövsümdən fərqli…”

"Qarabağ"la oyun bizim üçün çətin olacaq. Çünki rəqibimizin Avropa təcrübəsi var. Ancaq bununla belə yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Bu sözləri idmanxeber.com-a "Simurq"un yarımmüdafiəçisi Raul Kostin deyib.

Zaqatala klubunun rumıniyalı futbolçusu bu tur qarşılaşacaqları "Qarabağ"la oyunun çətin olacağını, ancaq qələbə qazanmaq niyyətində olduqlarını bildirib:

"Son iki oyunda qazandığımız qələbələrlə motivasiyamız daha da yüksəkdi. Bizim yaxşı və təcrübəli məşqçi heyətimiz var. Bütün komanda çalışır ki, maksimum nəticələr qazansın. Bu il keçən mövsümnən müqayisədə daha yaxşı nəticələr qazanacağıq. Ona görə də, "Qarabağ"la oyunda qələbə üçün oynayacağıq".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43