19 Sentyabr 2024
Dünya futbolu

“Rayo Valyekano” “Fənərbağça”nın oyunçusunu birdəfəlik transfer edəcək

Migel Krespo ötən ay icarə əsasında “Fənərbağça”dan “Rayo Valyekano”ya keçib.

İdmanxeber.az-ın məlumatına görə, İspaniya klubu müqavilədəki bənddən istifadə edərək 4 milyon avro ödəyib portuqaliyalı yarımmüdafiəçini birdəfəlik heyətinə qatmağı düşünür.

Krespo La Liqada 4 oyuna çıxıb. O, 2021-ci ilin yayında Portuqaliya II Liqasında çıxış edən “Eştoril”dən “Fənərbağça”ya transfer olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43