19 Sentyabr 2024
Dünya futbolu

“Real” Ançelotti ilə müqavilə uzatmaq istəyir

“Real” rəhbərliyi baş məşqçi Karlo Ançelotti ilə müqaviləni uzatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, danışıqlar 2024-cü ilin yanvar ayının əvvəlində baş tutacaq. Karlo Ançelottinin gələn yay Braziliya millisinə rəhbərlik edə biləcəyi deyilir.

“Real” isə italyalının işindən məmnundur və əməkdaşlığı davam etdirmək üçün Ançelotti ilə görüşmək istəyir.

Xatırladaq ki, 2024-cü il yanvarın 10-da “Real” İspaniya Superkubokunun yarımfinal matçında “Atletiko” ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43