Dünyadan

“Real” “Bavariya”ya şərik oldu

Madrid “Real”ı Helzenkirhendə “Şalke”ni iki cavabsız qolla məğlub edərək “Bavariya”nın rekordunu təkrarlayıb.

İdmanxeber.com-un məlumatına görə, “kral klubu” ÇL-də “Şalke”ni məğlub etməklə 10-cu qələbəsini qazanıb. Bu isə Münhen klubunun rekorduna şərik çıxmaq dmeəkdi. Belə ki, “Bavariya” da 2013-cü ildə bu cür reorda imza atmışdı. 

Ançelottinin yetirmələri son dəfə ötən mövsüm ÇL-ın 1/4  finalının cavab matçında Dortmund “Borussiya”sına uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43