08 Sentyabr 2024
Dünya futbolu

“Real” gənc qapıçı alır

“Real” “Penyarol”un qapıçısı Randal Rodrigesi almaqda maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu 20 yaşlı qolkiperi Tibo Kurtuanın əvəzedicisi kimi görür. “Real” Rodrigesi alarsa, qapıçı klubun əvəzedici komandasında çıxış edəcək.

Rodriges Uruqvay millisinin tərkibində gənclər arasında dünya çempionatının (U20) qalibidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43