19 Sentyabr 2024
Dünya futbolu

“Real” Haaland üçün danışıqlara start verdi

“Real” “Mançester Siti”nin hücumçusu Erlinq Haalandın mümkün transferi üçün hazırlıq işləri görür.

İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi futbolçunun yaıxn çevrəsi ilə təmasa keçib. Tərəflər arasında danışıqlar davam edir. 

23 yaşlı forvard 2022-ci ilin yayından “Mançester Siti”də çıxış edir. O, bu mövsüm “şəhərlilər”in heyətində bütün yarışlarda 22 oyun keçirib, 19 qol vurub, 5 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı Haalandın dəyərini 180 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43