Dünya futbolu

“Real” ispaniyalı ilə müqavilə imzaladı

“Real”ın müdafiəçisi Naço klubla müqaviləsini uzadacaq.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı oyunçu Madrid təmsilçisi ilə 2024-cü ilə qədər sözləşmə yeniləyib. İspaniyalıyla “İnter”maraqlansa da, futbolçu “neradzurri”yə keçməyəcəyini bildirib.

Naço bu mövsüm “Real”ın heyətində 44 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsi bu il iyunun sonunda başa çatırdı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43