Ölkə futbolu

“Səbail”in futbolçusu cəzalandırıldı

AFFA İntizam Komitəsi Premyer Liqada mövsümün son turunun “Səbail” – “Şamaxı” oyununda baş verən neqativ hallarla bağlı qərarlarını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, təcavüzkar davranışa görə qarşılaşmada birbaşa qırmızı vərəqə alan bakılıların futbolçusu Elmir Tağıyev 4 oyunluq cəzalandırılıb, klubunu 3200 manat ziyana salıb.

Eyni zamanda, qarşılaşma bitdikdən sonra “A buraxılışı” vəsiqəsi olmayan şəxslər dəhlizə daxil olduğundan, “Səbail” daha 800 manat məbləğində cərimələnib.

Həm “Səbail”, həm də “Şamaxı” 4 oyunçusu sarı vərəqə aldığı üçün əlavə 800 manat cərimə ödəməli olacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43