Kateqoriyasız

“Real” kubokda mərhələ adladı

İspaniya kubokunun 1/16 finalında “Real” “Kasereno”nu məğlub edib (1:0).

İdmanxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, oyun Kaseres şəhərindəki “Prinsipe Felipe” stadionunda keçirilib.

Görüşdə yeganə qolu 69-cu dəqiqədə braziliyalı hücumçu Rodriqo vurub.

“Real”ın 1/8 final mərhələsindəki rəqibi püşkatma nəticəsində məlum olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43