Dünyadan

“Real” kubokda mübarizəsini dayandırdı

İspaniya kubokunda 1/8 finalın cavab oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, bu gün keçirilən Madrid derbisində “Real” “Atletiko” ilə görüşdən 2:2 hesablı bərabərliklə ayrılıb. Bu nəticə ilə “kral” klubu kubokda mübarizəsini dayandırıb.

Qeyd edək ki, ilk görüşdə “Atletiko” öz meydanında 2:0 hesabı ilə qələbə qazanmışdı.

“Real” – “Atletiko” (İlk oyun – 0:2) – 2:2 (İkinci hissə)

Qollar: Torres, 1 (0:1), Ramos, 20 (1:1), Torres, 46 (1:2), Ronaldo, 54 (2:2)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43