Ölkə futbolu

“Neftçi” rəhbərliyi gənc futbolçularla görüşdü

"Neftçi" PFK-nın vitse-prezidenti Elnur Məmmədov, icraçı direktor Mübariz Xudiyev, Baş məşqçi Arif Əsədov və marketinq şöbəsinin rəisi Zaur Mütəllimov əvəzedici komandanın məşqini izləyiblər. 

İdmanxeber.com-un məlumatına görə, "Neftçi" PFK-nın baş məşqçisi Arif Əsədov gənc futbolçuların hazırlığı ilə maraqlanıb. O, əvəzedici heyətin gənc futbolçuları hər zaman maraqlandıqlarını və özünü yaxşı tərəfdən göstərən hər kəsə əsas komandanın qapısının açıq olduğunu dilə gətirib. Əvəzedici komandanın baş məşqçisi Samir Əliyev klub rəhbərliyinə təşəkkür edərək, əsas komandaya yeni futbolçuların yetişməsi üçün əlindən gələni edəcəklərinə söz verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43