Kateqoriyasız

Millimizin sabiq üzvü yenidən Türkiyəyə qayıdır

Rail Məlikov yenidən "Dənizlispor"a qayıdacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə komandanın yeni baş məşqçisi Engin İpəkoğlu məlumat verib. O bildirib ki, klubla müqaviləsi rəsmi olaraq ləğv edilməyən 29 yaşlı oyunçunu geri çağırıblar:  "Railin komandanın düşərgəsinə qayıtmasını gözləyirik".

Qeyd edək ki, Rail bir müddət əvvəl baş məşqçi Ozcan Bizati ilə yola getmədiyi üçün "Dənizlispor"dan ayrılsa da, klub rəhbərliyi onun müqaviləsinə хitam verməmişdi. Dənizli klubunda baş məşqçi dəyişikliyi olduğundan futbolçu geri dönməyə razılıq verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43