Dünya futbolu

“Real” Mbappe üçün Zidanı gətirir

“Real” Zinəddin Zidanı komandanın baş məşqçisi postuna qaytarmaq variantını nəzərdən keçirir.

İdmanxeber.az-ın məlumatına görə, Madrid rəhbərliyi fransalı mütəxəssisin təyinatının PSJ-nin hücumçusu Kilian Mbappenin transferinə köməklik edəcəyini düşünür.

Oktyabrın 8-də Zidan İspaniya çempionatının 9-cu turunda “Real”ın “Osasuna”ya qarşı oyununda (4:0) iştirak edib.

Mütəxəssis iki dəfə – 2016-2018 və 2019-2021-ci illərdə “kral klubu”na rəhbərlik edib. Onunla birlikdə komanda İspaniya çempionu olub və üç dəfə Çempionlar Liqasının qalibi olub.

Madrid klubu hazırda 24 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43