Dünyadan

“Real” onun üçün 80 milyon avro ödəməyə hazırdı – prezidenti açıqladı

Madridin “Real” klubu “Mançester Siti”nin forvardı Serxio Aqueronu heyətinə qatmağı planlaşdırır.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “kral klubu”nun prezidenti Florentino Perez açıqlamasında deyib.

Madrid klubunun başqanı argentinalı hücumçu üçün “şəhərlilər”ə 80 milyon avro ödəməyə hazır olduqlarını bildirib.

“TalkSPORT”un yaydığı xəbərə görə, mövsümün sonunda Aquero “Real”la müqavilə bağlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43