Dünyadan

“Real”da ciddi itkilər

“Real”ın futbolçuları Kriştiano Ronaldo, Xames Rodriqes və Danilo İspaniya kubokunun 1/4 finalında “Selta” ilə cavab oyununu buraxa bilərlər.

Sözügedən oyunçular komandanın son məşqində iştirak etməyiblər. Onların qarşıdakı görüşdə oynayıb-oynamayacağını tam dəqiqləşmədiyi bildirilib.

Qeyd edək ki, “Selta” – “Real” matçı sabah keçiriləcək. Bu komandalar arasında ilk oyunda “Selta” 2:1 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43