Dünyadan

“Real”da daha bir ciddi itki: 100 milyonluq transfer də belə getdi

Madridin “Real” klubu La Liqada sabah baş tutacaq “Valensiya” ilə matç öncəsi ciddi itki ilə üzləşib.

İspaniya mətbuatının yaydığı xəbərə görə, “kral” klubunun çalışdırısı Karlo Ançelotti mətbuat konfransında Qaret Beylin “Valensiya” ilə oyunda meydana çıxmayacağını deyib. Buna səbəb komandanın son məşqində uelsli futbolçunun zədələnməsi olub. 

Beləliklə, italiyalı çalışdırıcı Beyldən başqa “yarasalar”la oyunda cəzalı durumda olan Pepe və zədəli oyunçular Anxel Di Mariya, Sami Xedira, Rafael Varan, Fabio Koentraunun xidmətindən yararlana bilməyəcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43