Kateqoriyasız

“Real”dan “Çelsi”yə “yox” cavabı

“Çelsi”nin İsko sevdası baş tutmayıb.

İdmanxeber.com-un məlumatına görə, “zadəganlar” ispaniyalı yarımmüdfaiəçi üçün “Real”a təklif göndərsə də, qarşı tərəfdən “hə” cavabı eşidə bilməyib. London klubunun İsko üçün irəli sürdüyü 20 milyon avroluq təklif “Real” tərəfindən rədd edilib. 

Qeyd edək ki, İsko 2013-ci ildən “kral klubu”nda çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43