“Real”ın hücumçusu Xoselu zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli forvardın 3 həftə meydanlardan uzaq qalacağı gözlənilir. Xoselu martdakı milli fasilədən sonra meydanlara dönə bilər.
Xoselu icarə əsasında “kral klubu”nda çıxış edir. O, bu mövsüm 35 oyunda 13 qol vurub və 4 məhsuldar ötürmə edib.
“Real”ın yayda təcrübəli hücumçunu birdəfəlik transfer edəcəyi gözlənilir.