08 Sentyabr 2024
Dünyadan

“Real”ın “vuran ayağı” sıradan çıxdı

Fransa millisi və Madridin “Real” klubu ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, yığma hücumçusu Kərim Benzemadan məhrum olub. Məşqdə ombasından zədələnən təcrübəli futbolçunun hansı müddətə sıradan çıxdığı bilinməsə də, onun oktyabrın 11-də Portuqaliya yığması ilə yoldaşlıq görüşündə iştirak etməyəcəyi dəqiqdi.

Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Fransa – Portuqaliya oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43