Ölkə futbolu

“Regionlarda oynamaq çox çətindi” – Murad Musayev

“Regionlarda oynamaq çox çətindir. Süni meydanlar oyunçulara çətinlik yaradır. Çünki yorulurlar. Bu isə keçidlərdə çətinlik çəkirlər”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının XV turunda “Turan Tovuz”l səfər matçını şərh edərkən deyib.

Musayev daha sonra futbolçularına təşəkkür edib:

“Futbolçulara təşəkkür edirəm. Sona qədər oyundan qopmadıq və qəlbə qolunu vura bildik”,

Rusiyalı mütəxəssis “Qarabağ”ın “Zirə” ilə matçda xal itirməsi və aradakı fərqin 3-ə enməsi barədə sualı belə cavablandırıb:

“Turnir cədvəlinə baxmıram. Çempionluq mübarizəsi barədə düşünmürük. Oyundan oyuna baxmalıyıq. Neçə xal toplayacağımız, neçənci olacağımız mövsümün sonunda bəlli olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43