Ölkə futbolu

“Sabah” “Turan Tovuz”a qalib gəldi, Sumqayıtda heç-heçə YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XV tura yekun vurulacaq.

İdmanxeber.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk matçı “Turan Tovuz” iddialı komandalarından “Sabah”ı qəbul edib. Matç qonaqların minimal hesablı qələbəsi ilə sona çatıb -1:0.

Turun son matçında bu mövsüm qələbəyə həsrət qalan “Sumqayıt” evdə “Qəbələ”nin müqavimətini qırmağa çalışıb. Bu görüşdə də qlaib müəyyənləşməyib – 1:1.

Misli Premyer Liqası

XV tur

29 noyabr

14:00 Turan Tovuz – Sabah 0:1
QOL: Aleksey Kaşuk, 80

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
Tovuz şəhər stadionu.

16:30 Sumqayıt – Qəbələ 1:1

Qollar: İsnik Alimi, 74-pen. (0:1), Todor Todoroski, 79 (1:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
Sumqayıt. Şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43