19 Sentyabr 2024
Ölkə futbolu

Renat fərqləndi, komandası uduzdu

Türkiyə I Liqasında növbəti turun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” səfərdə “Fatih Karagümrük”lə qarşılaşıb. Qarşılaşma ev sahibinin qələbəsiylə başa çatıb – 3:2.

Renat bu görüşdə 90 dəqiqə meydanda olub və komandasının ikinci qolunun assistini edib.

“Ankaragücü” hazırda 6 xalla 13-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43