Dünya futbolu

Renatın dublu “Beşiktaş”a yaxınlaşdırdı

Millimizin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu “Hatayspor” Superliqanın 8-ci turu çərçivəsində öz meydanında “Konyaspor”la qarşılaşıb və qələbə qazanıb – 3:1.

İdmanxeber.az-ın məlumatına görə, Dadaşov bu oyuna əsas heyətdə başlayıb. O, 22-ci və 53-cü dəqiqələrdə vurduğu qollarla komandasını irəli çıxara bilib. Hücumçu  oyunun 78-ci dəqiqəsində meydanı tərk edib.

Bu qələbə ilə “Hatayspor” xallarını 14-ə çatdıraraq 5-ci pilləyə yüksəlib və 4-cü pillədəki “Beşiktaş”la fərq 2-ə enib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43