Kateqoriyasız

Rəşad Sadıqov: “Bu məsələ də bütün Azərbaycanda müzakirə edildi”

“Azərbaycan Premyer Liqası çox çətin çempionatdır və ciddi rəqiblərimiz var. Motivasiyanı itirdiyimiz anda cəzalanarıq. Rəqiblərimiz ardıcıl qələbələr qazanıb, bizi çətin vəziyyətə sala bilərlər. Ötən mövsüm də 13 xallıq fərq var idi. Lakin sona 3 tur qalmış fərq 6 xala endi və çox çətin duruma düşdük. Bu, futboldur. Nə baş verəcəyini bilmək olmaz”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Premyer Liqamızın 23-cü turunda “Neftçi” üzərində qazandıqları qələbədən (1:0) sonra deyib.

Kapitan daha sonra sözlərinə belə davam edib:

“Biz hər zaman çalışmışıq ki, hakimlər haqqında danışmayaq. Yalnız bir dəfə Avropa Liqasında “İnter”lə oyundakı haqsızlıq barədə susmadıq. Bu məsələ də bütün Azərbaycanda müzakirə edildi. “Neftçi” ilə oyunda da hakimin idarəçiliyi ilə bağlı lazımi şəxslər açıqlama verəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43